Ərdoğan: "Dörd gün ərzində xalqımızı bölmək üçün hər şeyi etdilər"

REGİON 22 mart 2025, 22:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının iftar mərasimində müxalif Cümhuriyyət Xalq Partiyasını (CHP) sərt şəkildə tənqid edib.

İstanbulun meri Ekrem İmamoğlu üzərindəki məhkəmə prosesi fonunda dövlət başçısı bir sıra bəyanatlar verib.

"Bizim bələdiyyələrimiz korrupsiyanı dəstəkləməyəcək. Bizim bələdiyyələrimiz ədalətsizliyə dözməyəcək. Bizim bələdiyyələrimiz nəyin doğru, nəyin həqiqət, nəyin halal, nəyin haram olduğunu bilərək öz xalqına xidmət edəcək. Müxalifət nə etsə də, biz heç vaxt sağlam düşüncədən, səbrdən və təmkindən əl çəkməyəcəyik.

Dörd gün ərzində onlar millətin sakitliyini pozmaq və xalqımızı bölmək üçün hər şeyi etdilər. Polisimizə hücumlardan tutmuş məhkəmə orqanlarımızı qorxutmaq və küçə terroru vasitəsilə milli iradəni boğmağa qədər hər şeyə əl atdılar. KİV-ə qarşı təhdidlər onların ruhi vəziyyətini göstərir. Cümhuriyyət
Xalq Partiyası bir qrup quldur üçün pul yuma maşınına çevrilib", - deyə Ərdoğan qeyd edib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top