Qar uçqununda həlak olan digər hərbçi Sabirabadda dəfn edilib

SOSİAL 22 mart 2025, 12:43
Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.

Demokrat.az
“Report”a istinadən xəbər verir, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub.

Dəfn mərasimində qar uçqunda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü İmanov Əli Tariyel oğlunun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ə. İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ə. İmanov 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, martın 19-da Əli İmanov hərbçi yoldaşı Ruslan Həmidovla birgə qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində martın 20-də əsgərlərin nəşi tapılıb və ailələrinə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 mart 2025, 21:59
Top