“Sülh sazişinin müddəaları ilə bağlı ümumi razılıq artıq əldə olunub. Yəni, əvvəl razılaşdırılmamış iki maddə – beynəlxalq məhkəmələrə qarşılıqlı iddialardan imtina və üçüncü qüvvələrin, xüsusilə də Aİ müşahidə missiyasının şərti sərhəddən çıxarılması məsələləri də müsbət həllini tapıb”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.
Politoloq qeyd edib ki, bu, hələ sülh sazişinin tezliklə imzalanacağı anlamına gəlmir:
“Çünki Azərbaycanın hələ də həllini tapmayan iki əsas şərti var. Bunlardan biri Ermənistan Konstitusiyasında Azərbaycan əraziləri ilə bağlı iddiaların çıxarılması, digəri isə ATƏT-in Minsk qrupunun buraxılması üçün birgə müraciətin edilməsidir. Xüsusilə də konstitusiya dəyişikliyi məsələsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu dəyişiklik baş vermədiyi halda, Ermənistan gələcəkdə ölkənin ana qanununa istinad edərək imzalanmış sülh sazişindən imtina edə bilər. Başqa sözlə, Ermənistan Konstitusiyasına müvafiq düzəliş edilməsə, imzalanan sülh sənədi hüquqi baxımdan etibarsız qalacaq. Lakin Ermənistan bu dəyişiklikləri həyata keçirmək prosesini uzadır. Bununla yanaşı, Ermənistan ordumuzun mövqelərini atəşə tutmaqla destruktiv fəaliyyətini davam etdirir ki, bu da onun sülhə hazır olmadığını göstərir. Sülh istiqamətində konkret addımlar atmaq əvəzinə Ermənistan hakimiyyəti ölkəni silahlandırmaqla və ayrı-ayrı xarici güclərin təsiri altında bölgəni yenidən müharibəyə sürükləməyə cəhd edir”.
Politoloq onu da əlavə edib ki,bu cür fəaliyyətlər fonunda münasibətlərin normallaşmasından söhbət gedə bilməz:
“Ermənistanın təxribatları bölgədə sülhə ciddi təhdid yaradır və arzuolunmaz nəticələrə səbəb ola bilər. Xüsusilə də Ermənistanın özü üçün.
Ermənistan ya Azərbaycanın sülh çağırışlarına real və səmimi addımlarla cavab verərək təxribatlara son qoymalı, Azərbaycanın şərtlərinin yerinə yetirilməsi istiqamətində əməli addımlar atmalıdır, ya da “nə müharibə, nə sülh” vəziyyətində qalaraq dalana dirənmiş bir dövlət kimi, ayrı-ayrı maraqlı güclərin əlində alət olmağa davam edəcək. İkinci yol Ermənistanın müstəqil dövlət olmaq perspektivinə ciddi zərbə vurur”.
Leyla Turan
Demokrat.az