DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq

SOSİAL 18 mart 2025, 14:40
Novruz bayramı ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Demokrat.az xəbər verir ki, bu barədə BDYPİ-dən bildirilib.

Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir Bildirilib ki, Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir:

"Əhalinin bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, BDYPİ yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu müddətdə respublikanın əsas yollarında, şəhərlərə və rayon mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda nəzarət tədbirləri gücləndiriləcək.
BDYPİ sürücüləri və piyadaları xüsusilə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".

"Sürücülərə uzun səfərlər öncəsi nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun halda sükan arxasına əyləşməmələri tövsiyə edilir.

Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərə isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddini aşmamaq tövsiyə olunur.
BDYPİ bir daha bütün yol hərəkəti iştirakçılarının bayramını təbrik edir və yol hərəkəti təhlükəsizliyə birgə töhfə verməyi xahiş edir", - deyə məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top