"Fitrə (fitrə zəkatı) Ramazan ayının sonunda, Fitr bayramına yaxın günlərdə verilməlidir. Ən uyğun vaxt bayram axşamı (ramazanın son günü günbatan vaxtı) ilə bayram namazı arasındakı müddətdir. Lakin bəzi alimlər bayrama bir neçə gün qalmış da fitrə verməyin mümkün olduğunu bildirirlər.Fitrə zəkatı, əsasən, kasıblara, ehtiyacı olanlara və zəkat almağa haqqı çatan şəxslərə verilməlidir. Bu kateqoriyaya daxil olanlar, maddi durumu zəif olanlar, borcu olanlar və borcunu ödəməyə imkanı olmayanlar, qazancı ehtiyaclarını ödəməyə kifayət etməyənlər, yetimlər, kimsəsizlər və s.olan ehtiyac sahibləridir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
"Qohumlar arasında ehtiyacı olan varsa, ilk növbədə onlara vermək tövsiyə olunur. Lakin fitrə zəkatı birbaşa valideynlərə, övladlara və həyat yoldaşına verilməməlidir.
Fitrənin miqdarı əsasən, gündəlik əsas qida məhsullarından (buğda, arpa, xurma, kişmiş və s.) bir insanın bir günlük ehtiyacını qarşılayacaq qədər təyin olunur. Rəsulullah (s.ə.s) bunu "1 sa‘" miqdarında (təxminən 2.5 – 3 kq) müəyyənləşdirmişdir.
Bugünkü dəyərə əsasən, hər ölkənin şəriət fətva verən dini qurumları tərəfindən fitrə miqdarı müəyyən edilir. Məsələn, Azərbaycanda bu miqdar hər il dəyişsə də, təxminən 5-10 manat arası müəyyən olunur.
Fitrə ailədə hər bir fərd üçün ayrıca verilməlidir. Məsələn, 5 nəfərlik bir ailə üçün fitrə 5 nəfərin miqdarı qədər hesablanıb verilməlidir.
Fitrə zəkatı Ramazan ayının sonunda, bayram namazından əvvəl verilməli, ehtiyacı olanlara çatdırılmalı və miqdarı ölkənin iqtisadi şəraitinə uyğun müəyyən edilməlidir. Bununla həm maddi yardımlaşma təmin olunur, həm də Ramazan ibadətinin son hissəsi tamamlanır".
Əfsanə Kamal
Demokrat.az