Bu il azad edilən torpaqlarda 65 min hektardan artıq ərazi minalardan təmizlənəcək

QARABAĞ 14 mart 2025, 11:43
Bu il azad edilən ərazilərdə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

O xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb:

"Keçən il 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top