Elektrik avtomobillərinin ölkəyə gətirilməsi asanlaşdırılır? — AÇIQLAMA

AVTO 12 mart 2025, 17:31
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir). 

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu elektrik avtomobilləri ilə bağlı tətbiq edilən güzəştlərdən biridir:

“Bu güzəşt nəticəsində ölkəyə yalnız elektriklə hərəkət edən bu tipli nəqliyyat vasitələrini gətirdikdə güzəşt onlara şamil olunacaq. Yəni, əsas hədəf elektrikli avtomobillərin ölkəyə gətirilməsini daha da stimullaşdırmaqdır. 

Əvvəllər də bu stimullaşdırıcı addımlar atılıb, sadəcə həmin vaxt tətbiq edilən qərar yalnız avtobuslara və digər minik avtomobillərinə olub. İndiki qərar isə həm də yük maşınları ilə bağlıdır. Yəni, elektrikli yük maşını gətirdikdə vətəndaş artıq bu güzəştlərdən istifadə edə biləcək”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top