Bu gün Demokrat.az xəbər portalı 7 yaşını qeyd edir. Bu münasibətlə aparıcı media nümayəndələri, deputatlar Demokrat.az-ı təbrik edib, xoş təəssüratlarını bölüşüblər.
Millət vəkili Zahid Oruc deyib ki, Demokrat.az informasiya məkanında özünəməxsus yer tutur:
"Dövlətçilik, milli maraqların müdafiəsi, operativlik bu platformanı xarakterizə edən xüsusi keyfiyyətlərdir. Saytın 7 yaşının mühüm bir hissəsi Vətən müharibəsi, Xankəndi zirvəsinə yüksələn mübarizələr dövrünə düşüb. Bu mərhələdə Demokrat.az rəhbərliyi hər zaman dövlətimizin yanında olub. Artıq milli həyatımızın ayrılmaz hissəsi Böyük Qayıdışdır. Cənab Prezident milli strateji ideyaları qarşıya məqsəd qoyub. Mətbuat bu mənada xüsusi missiyadadır. Sizə uğurlar arzu edirəm. Düşünürəm ki, hər zaman mətbuat adını yüksək tutaraq mühüm nailiyyətlər qazanacaqsınız".
Mətbuat Şurasının sədri Rəşad Məcid:
"Təbrik edirəm. İndiki çətin rəqabət mühitində tanınmaq, etibar qazanmaq və 7 ilə gəlib çatmaq böyük uğurdur. Əməyi olan bütün jurnalistləri təbrik edirəm".
Millət vəkili Vüqar Rəhimzadə:
"Demokrat.az 7 il ərzində ölkədəki ictimai, siyasi fikrə təsir etmək imkanına sahib olub. Mətbuat bolluğu içində bu cür saytın ərsəyə gəlməsi əməkdaşların fəaliyyətinin nəticəsidir. Deyərdim, bəlkə də 7 il yox, 17 ildir ki, fəaliyyət göstərir. Çünki qısa müddətdə öz dəsti-xətti ilə seçilən saytlardan birinə çevrilib. Bütün kollektivi qəlbdən təbrik edirəm. Bu gün sayt inkişaf etdirmək, oxucunun rəğbətini qazanmaq yaxşı mənada cəsarət və fədakarlıq tələb edir".
Milli Məclisin deputatı Elçin Mirzəbəyli:
"Demokrat.az-ın rəhbəri, dəyərli dostum Vasif bəyi və yaradıcı heyəti təbrik edirəm. Sayt qısa müddət ərzində Azərbaycan informasiya məkanında öz yerini tutmağı bacaran, öz baxış bucağı olan populyar resursdur. Sayt mütəmadi olaraq hadisələrə çevik reaksiya verir. Demokrat.az alternativlərin çox olduğu bir dövrdə özünü təsdiqləməyi bacarıb".
Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli: "İndiki mühitdə normal sayt işlətmək, ölkə gündəmini obyektiv şəkildə işıqlandırmaq çətindir. Sevinirik ki, bu gün media mühitimizdə Demokrat.az kimi jurnalistika prinsiplərinlərini qoruyan sayt var. Saytın azsaylı, amma zəhmətkeş kollektivi var. 10 il və daha böyük yubileylərini qeyd etməyi arzu edirəm".
"Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri Rəfail Becanov: " Vasif bəy başda olmaq şərtilə kollektiv böyük yol keçib,əmək sərf edib, bu cür oxunaqlı xəbər portalı ərsəyə gətirib. Demokrat.az-ın saytlar arasında öz yeri var. Milli Mətbuatın 150 illiyi ərəfəsində belə saytın ərsəyə gəlməsi, Azərbaycan oxucusuna verdiyi töhfə danılmazdır. Demokrat.az əhatəli media quruluşudur. Hesab edirəm ki, Demokrat.az uğurlarını daha da artıracaq və oxunaqlığını qoruyub saxlayacaq".
Əfsanə Kamal
Demokrat.az