ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib

DÜNYA 08 mart 2025, 23:38

ABŞ-yə məxsus son nəsil nüvə başlıqları Avropaya gətirilib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ və Norveçdəki mənbələrə istinadən İtaliyanın "Fatto Quotidiano" qəzeti məlumat verib.

Qeyd olunur ki, məlumatlar silahların yayılmaması və silahlara nəzarət müqavilələrinə əməl olunmasına nəzarət edən təşkilatlardan əldə edilib.

Hazırda Avropada beş ölkədə: İtaliyada Aviano və Gedi bazalarında, həmçinin Almaniya, Niderland, Belçika və Türkiyədə 100 ABŞ nüvə başlığının olduğu bildirilir.

Bu yaxınlarda amerikalılar bu ölkələrdə müxtəlif gücə malik ən son "B61-12" döyüş başlıqlarını quraşdırmalı idilər. Onlar yüksək dəqiqlik və aşağı partlayış gücünə malikdirlər - Hirosimaya düşən bomba ilə müqayisədə 50 dəfə az. Bu cür döyüş başlıqları nisbətən məhdud ərazidə adi qüvvələri dəstəkləmək üçün nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top