Həcc ziyarəti ilə bağlı əhaliyə çağırış edildi

SİYASƏT 04 mart 2025, 18:04
Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəllərində bitəcək.

Demokrat.az xəbər verir ki, bunu Apa-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

“Kvota sayı 1200-1300 arası müəyyənləşdirilib. İnsanlar elə bilir ki, nə vaxt istəsələr, gətirib sənəd təqdim edə bilərlər. Amma elə deyil, tələsmək lazımdır. Biz gəlməyənlərə görə hesablama aparıb kvotanı azaldırıq. Qeydiyyat bağlandıqdan sonra neçə nəfər gəlib müraciət edir. O zaman da Həccə gedə bilmələri mümkün olmur və növbəti ilə qalırlar”, - o vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top