“Avropa İttifaqı açıq şəkildə Ermənistana silahlanmağa dəstək verir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.
O qeyd edib ki, Sülh Fondu vasitəsilə əslində müharibəyə hazırlıq görülür:
“Son illərə qədər, xüsusilə son 1-2 ildə Avropa İttifaqı və digər Qərb dövlətləri Ermənistana silahlandırma məsələsini nisbətən gizli şəkildə həyata keçirirdilər, lakin son dövrlərdə artıq bu məsələyə açıq şəkildə yanaşmağa başlayıblar.Bu, bir növ mesaj verməkdir: "Biz lazım olanda, hətta bitmiş münaqişəni belə yenidən canlandırmağa hazırıq”.
Məsələn, müəyyən bölgələrdə sülh əldə olunsa da həmin sülhü poza biləcək gücə malik olmağı vurğulayırlar. Bu isə çox təhlükəli bir tendensiya olaraq qiymətləndirilə bilər”.
Politoloq onu da qeyd edib ki, daha əvvəl Avropa Sülh Fondundan Ermənistana ayrılan yardımların birinci tranşı silahlanmağa yönəlmişdi:
“Hətta "ölümcül olmayan silahlar" ifadəsi, əslində, bu məsələnin əhəmiyyətini azaldır, çünki daha sonra atılan addımlar bu cür ifadələrlə üst-üstə düşmür. Bundan sonra əsas məsələ Avropa Sülh Fondunun Ermənistana göndərəcəyi yardımların məzmunudur. Bu yardımlar daha çox ağır silahlar və texnikaların alınmasına yönələcək. Avropa İttifaqı sözün həqiqi mənasında birinci mümkün missiyalar altında oraya keçmiş hərbiçilər və təhlükəli işçilər gətirəcək.İkinci bu tranşlarla regionun təhlükəsizliyini və sabitliyini pozmağa çalışır. Məqsəd isə açıq şəkildə yeni qarşıdurmalara Ermənistana hazırlıqdır. Onlar üçün Ermənistanın məğlubiyyəti deyil, Cənubi Qafqazda qalıcı müharibə və münaqişənin davam etməsi daha vacibdir. Atılan addımlar da məhz bu istiqamətə yönəlmişdir”.
Leyla Turan
Demokrat.az