"İnsanlar özləri qərar verib dərman qəbul etməməlidirlər" — Həkim

GÜNDƏM 04 mart 2025, 19:40
Havaların soyuması ilə bağlı mövsümi xəstəliklərin də sayı artır. Ümumi şəkildə qrip adlandırdığımız bu mövsümi xəstəliklərə qarşı mübarizədə çoxlarımız həkim məsləhəti olmadan antibiotik qəbul edirik. Bu isə olduqca təhlükəlidir. Abşeronda özünə antibiotik vuran qadın dünyasını dəyişib. Qonşuların sözlərinə görə, 42 yaşlı Gülnarə Cahangirova Yasamal rayon qeydiyyatında olsa da, Xırdalanda yaşayırmış.İddiaya görə, son günlərdə havaların soyuq keçməsi onun səhhətinə pis təsir edib və apteklərin birindən özünə antibiotik iynəsi alıb. Evdə iynədən sonra halı pisləşən qadın dünyasını dəyişib.

Məsələ ilə bağlı həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, həkim təyinatı olmadan hər hansı preparatların qəbulu qəti şəkildə qadağan olunmalıdr:

“Dərman qəbulunda çox diqqətli olmaq lazımdır. Havaların dəyişkən olması bizə çox təsir edir. Soyuqdəymə hallarını artırır. İnsanlarda virus da ola bilər, hər hansı bir bakterial xəstəlik də ola bilər. Ona görə də bunu tam təyin etməmiş hərəkət etmək olmaz. Həkim təyinatı olmadan hər hansı bir virus əleyhinə preparat qəbul etmək olmaz. Ona görə də bunlar mütləq şəkildə aydınlaşmalıdır. Bunu da aydınlaşdıracaq olan insan həkimdir. İlkin müayinə mütləq şəkildə vacibdir. Mütləq şəkildə orqanizmin dəyişkənliyini nəzər alınmalıdır. İnsanlar özləri qərar verib dərman qəbul etməməlidirlər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top