Türkiyə bundan sonra Ukrayna məsələsində necə siyasət yürüdəcək? — AÇIQLAMA

GÜNDƏM 04 mart 2025, 20:30
"Türkiyə Ukrayna-Rusiya müharibəsində tərəfsiz qalmağı  seçib, öz müstəqil siyasətini yürüdür. Ancaq 2015-də Rusiya Krıma girdiyi zaman Türkiyə bunu tanımadı və Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi. Buna baxmayaraq 2022-də başlayan Ukrayna-Rusiya müharibəsində tərəfsizliyini bəyan etdi. Türkiy NATO ölkəsi olduğu halda ABŞ və digərlərinin Rusiyaya qarşı qoyduğu sanksiyalara da qatılmadı. Türkiyənin tərəfsizliyinin önəmi taxıl dəhlizi probleminin həll edilməsi ilə ortaya çıxdı. Türkiyə iki ölkənin xarici işlər nazirlərini bir yerə gətirərək məsələnin həlli üçün çalışdı".

Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz deyib:

"İndi də Türkiyənin bu prosesi öz siyasəti ilə müşahidə edəcəyini deyə bilərik. Hazırda Ukrayna ABŞ ilə olduqca gərgin dönəmə daxil olub. Tramp Ukraynaya edilən yardımları rəsmən kəsdiyini açıqlayıb. Avropa ölkələri Ukraynaya Trampsız yardım göstərmək niyyətindədir. Çünki Tramp Avropanı kənara ataraq Ukraynanın təbii sərvətlərini təkbaşına mənimsəməyə çalışır. Tramp irəlidəki zamanlarda Ukrayna məsələsinə görə Avropa ilə də qarşı-qarşıya gələ bilər. Türkiyənin bu məslələrdə tərəfsiz qalacağı gözlənilir. Çünki hər iki ölkə ilə strateji münasibətləri və ticarət əlaqələri var. Beynəlxalq arenada Bayden dönəmində müharibənin davam etdirilməsi üçün çalışılırdı. Tramp adminstrasiyası isə müharibəni bitirmək niyyətindədir. Rusiya gözlənilməz şəkildə ABŞ ilə ittifaq halındadır. Türkiyənin prosesə qarşı tərəfsiz qalması həm Türkiyənin, həm də Türk dünyasının siyasəti baxımından önəmlidir". 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top