Acun Ilıcalı həbs oluna bilər

DÜNYA 04 mart 2025, 19:54

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı hazırlanıb.

Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, ittiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur.

İstanbul Baş Prokurorluğu bu iddia əsasında A.Ilıcalı da daxil olmaqla, şübhəlilərin bir ildən üç ilə qədər həbs edilməsini tələb edib.

İttiham aktı məhkəməyə təqdim edilib. Məhkəmə aktı qəbul edərsə, Acun Ilıcalı və digər şübhəlilər mühakimə olunacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top