“Avropanın təhlükəsizliyi ilə bağlı təhdidlərin mövcudluğu məsələsində yalnız Türkiyə tərəfi deyil, Avropa İttifaqına daxil olan NATO dövlətlərinin də rəhbərləri bu haqda birmənalı şəkildə bəyanatlar veriblər”.
Bu sözləri Demokrat.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib.
Politoloq qeyd edib ki, bu bəyanatlar gələcəkdə Moldovanın və Rumıniyanın Rusiyanın təcavüzünə məruz qala biləcəyi ilə bağlı da səslənib:
“Hazırda Ukraynada baş verən hadisələrlə bağlı ABŞ-nin Rusiyaya yaxınlaşması fonunda artıq Ukrayna variantı faktiki olaraq ortadan qalxıb. Yəni sürətli şəkildə ABŞ-Rusiya yaxınlaşması davam edir. Hər iki dövlət arasında diplomatik münasibətlərin bərpası ilə bağlı intensiv danışıqlar aparılır. Ancaq hansı proses baş verdi? Baxmayaraq ki, Ukrayna məsələsinin həlli istiqamətində Türkiyə böyük səylər göstərdi, başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə taxıl sazişinin imzalanmasını təmin etdi. Digər tərəfdən isə həm Ukrayna, həm də Rusiya əsirlərin azad edilməsi ilə bağlı razılığa gəldi və bu razılaşmaların əldə olunmasında Türkiyə vasitəçi rol oynadı. Bildiyiniz kimi, tərəflər hətta birbaşa üz-üzə oturmaq istəmədilər. Razılaşmalar elə şəkildə imzalandı ki, Rusiya tərəfi Türkiyə vasitəsilə müqavilə bağladı, Ukrayna tərəfi də öz müqaviləsini Türkiyə vasitəsilə imzaladı. Ancaq sonunda nə baş verdi? Cənab Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna məsələsi ilə bağlı yeni bir platforma yaradıldı”.
Politoloq onu da qeyd edib ki, bu platforma çərçivəsində Səudiyyə Ərəbistanında görüş keçirildi və bu görüşün Səudiyyədə baş tutması Türkiyə tərəfinin xoşuna gəlmədi:
“Bundan sonra Türkiyə tərəfi öz narazılığını bildirdi və Lavrovun Türkiyəyə səfəri də məhz bu məsələyə bağlı idi. Ona görə də ABŞ və Rusiya arasında ikinci görüş İstanbulda, Türkiyədə ABŞ-nin baş konsulluğunda keçirildi. Bununla belə, ABŞ-nin Türkiyəyə münasibəti hələ də qeyri-müəyyən olaraq qalır. Bu məsələlər onilliklərdir ki, davam edir. Artıq 40 ildən çoxdur ki, Türkiyə Avropa İttifaqının üzvü olmaq istəyir, lakin Avropa İttifaqı müxtəlif səbəblərdən bu üzvlüyə qarşı çıxır. Digər tərəfdən isə Kipr məsələsi ilə bağlı Avropa İttifaqına daxil olan dövlətlər açıq şəkildə Yunanıstanın və Kipr yunanlarının tərəfini tutur. Türkiyə və Böyük Britaniya arasında yaxşı münasibətlər mövcuddur. Yəqin ki, yaxın günlərdə baş tutacaq Türkiyə-Böyük Britaniya görüşündə Kipr məsələsi də müzakirə predmeti olacaq. Böyük Britaniya uzun illərdir ki, Kipr məsələsinin həllində məsuliyyət daşıyır. Ona görə də danışıqların Britaniyada aparılması Türkiyə üçün də çox vacibdir. Digər tərəfdən isə yaxın günlərdə Kiprin Türkiyə tərəfində seçkilər keçiriləcək.
Həmin seçkilərdə Türkiyəyə meyilli bir namizədin və ya partiyanın hakimiyyətə gəlməsi və yaxud əks tərəfə yaxın bir şəxsin seçilməsi Kipr məsələsinin həlli baxımından böyük önəm daşıyır. Kipr məsələsinin həlli Avropa İttifaqına daxil olan dövlətlər və xüsusilə Böyük Britaniya üçün də vacib bir məsələdir.
Türkiyə-Avropa İttifaqı münasibətlərinə gəlincə, Türkiyə bu məsələlərdə həmişə ön planda dayanır. Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Yəqin ki, yaxın gələcəkdə NATO-nu ABŞ-siz görəcəyik. Avropa İttifaqına daxil olan, eləcə də Türkiyə kimi dövlətlərin özlərinin NATO daxilində ABŞ-siz bir quruma çevriləcəyinin şahidi ola bilərik”.
Leyla Turan
Demokrat.az