ABŞ bir şərtlə Ukraynaya hərbi yardımın bərpasına icazə verəcək

DÜNYA 04 mart 2025, 22:43
Kiyev münaqişənin həlli üçün danışıqlara başlayarsa, ABŞ Ukraynaya hərbi yardımın bərpası imkanlarına icazə verə bilər.

Demokrat.az
xəbər verir ki , bu barədə Amerika vitse-prezidenti J.D.Vens Konqresdə jurnalistlərə bildirib. 

Media nümayəndələri siyasətçidən Kiyevə hərbi yardımın verilməsində fasilənin nə qədər davam edəcəyini soruşublar.

Martın 4-də ABŞ-ın vitse-prezidenti Ukrayna hakimiyyətini ictimai bəyanatlarla kifayətlənməkdənsə, münaqişənin həlli üzrə danışıqlara qayıtmağa və bu istiqamətdə real addımlar atmağa çağırıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top