"Onlara başa sala bilmədim ki, ailəmi bununla saxlayıram"

ŞOU-BİZNES 04 mart 2025, 23:41

"Bir gün bezdim və efirdə dedim ki, artıq toya getmirəm. Böyük rütbəli insanlar məni görəndə deyirdi ki, ailəmdə şad gün olarsa, gələrsən? Soruşdum ki, toya getmədyimi eşitmisiniz? Dedim ki, gedirəm. Bunu ona görə demişdim ki, kim mənə salam verirdisə, bacımın, qardaşımın toyudur deyib, dəvət edirdi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Afaqla 10lar" verilişinə deyib. Sənətçi onu təmənnasız toy və tədbirlərə dəvət edənlərdən şikayətlənib:

"Onlara başa sala bilmirdim ki, evimə apardığım çörək oxumağımdan gəlir. Biznesmen, dövlət işçisi, vəkil deyiləm ki, maaşım olsun. Gəlirim toydandır. Elə tanıdıqlarım var idi ki, məni ildə 5 dəfə uşaqlarının ad gününə çağırmaqdan utanmadılar. Amma mən ildə 5 dəfə onların məclisində oxumaqdan utanırdım. Onlara başa sala bilmədim ki, ailəmi bununla saxlayıram. Bir-iki nəfər də bu videonu insanlara göstərib deyirdi ki, Elnur toya getmir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top