"Direktorun 600 manatlıq hədiyyəni bəyənməməsi başa düşüləndir. Şəxsən həmin direktorun hansı yollarla təyin edildiyini təxmin edirəm. Ona görə də həmin adam 600 manatlıq hədiyyəni bəyənməyib. Bəlkə də 20 min manatlıq hədiyyə gözləyirmiş".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
"Direktor təkcə valideynləri yox, Azərbaycan ictimaiyyətini, təhsilini, onu işə gətirən nazirliyi təhqir edib. Məsələdə hər kəs günahkardır. Siz də, mən də günahkaram. Çünki həkimə gedəndə həkim pul istəməsə belə, 5-10 manat veririk. Özümüzü şirin etmək üçün belə səhvlərə yol veririk. Cəmiyyət necədirsə, onun həkimi də, müəllimi də elədir. Bu gün məktəbdə aparılan tədbirlər, monitorinqlər sanki nəticə vermir. Hansısa səs yazısı yayıldıqdan sonra tədbir görülür. Təhsil sistemində müsbət dinamikalar az gözə dəyir. İnnovativ tədbirlər, rəqəmsal məktəb, xaricdə təhsil daha çox dildədi, sənəddədir".
Əfsanə Kamal
Demokrat.az