“Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini statusunu daşıyan Konstantin Zatulin MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycanın əleyhinə tarixi saxtalaşdıran, heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulmuş çıxış edib. Zatulin hərbi cinayətlər törətmiş erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı əsassız fikirlər səsləndirib. Zatulinin kimliyi Azərbaycan oxucusuna yaxşı bələddir. “Erməni sevdalısı” olan, sonradan isə rəsmi İrəvan tərəfindən “qara siyahıya” tuş gələn Zatulin erməni lobbisinin verdiyi pulların müqabilində Azərbaycana qarşı düşmənçilik edir”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
O bildirib ki, nə qədər absurd olsa da, Zatulin erməni cinayətkarların mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” adlandırır: “Bu kimi “terminlərdən” istifadə etməsi Zatulini elə birinci addımdaca ələ verir. Revanşizm və repressiya həmin ittiham edilən şəxslərə aid oluna bilməz - həmin şəxslər konkret faktlar üzrə məsuliyyətə cəlb olunublar və hətta onların əksəriyyəti törətdikləri cinayətləri artıq danışmağa, etiraf etməyə başlayıb.
Revanşizm xəstəliyi isə Zatulin və onu “körükləyən” zümrənin tutulduğu mərəzdir - Azərbaycanın haqqa, ədalətə söykəndiyi mövqeyini hədəfə alanlar, 30 ilə yaxın işğal altında qalmış ərazilərin azad olunması ilə barışmayanlar, zatulinlər və ona himayədarlıq edənlər artıq anlayırlar ki, belə çıxışlar əhəmiyyətsizdir”.
S.Vəliyevin sözlərinə görə, ikinci bir tərəfdən, istər istintaq dövründə hətta Zatulindən də üstün ermənipərəst şəbəkələr bir sıra yollarla Azərbaycanın iradəsinə təsir etməyə çalışıb, bu hərbi cinayətkarların bəzilərinin azad edilməsinə nail olmaq istəyib: “Fərqli dövlətlərin parlamentləri bu barədə “dinləmələr” təşkil edib, “tövsiyələr” təqdim edib, hətta təhdid ritorikası ilə “qətnamə” belə qəbul edib. Prosesə bir sıra ermənipərəst şəbəkə üzvləri, hətta beynəlxalq PR şirkətləri belə “qoşulmuşdu”. Nəticədə isə, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyası onların özlərinin ifşasına yol açdı. Erməni lobbisinin “kuklası”na çevrilmiş Zatulin kimilərini dövriyyəyə salmaqla uğur əldə edəcəklərini düşünənlər əslində bu başdan məğlubiyyətlərini elan və etiraf etmiş olurlar. Çünki alət kimi istifadə edilən həmin şəxslərin kimliyi, reputasiyası, erməni puluna alət olmaları bütün ştrixləri ilə ortadadır”.
Millət vəkili bildirib ki, əsas məsələlərdən biri də Zatulinin Rusiya Dövlət Dumasında tutduğu vəzifə ilə bağlıdır: “Bu məsuliyyətsiz deputatın danışdığı hədyanlar həm də təmsil olunduğu Rusiya dövlətinin qanunverici orqanının məsuliyyətinə çevrilir. Niyə Dumanın rəhbərləri Zatulinə bu kimi qeyri-hüquqi, dövlətlərarası münasibətlərə xələl gətirən, əsassız fikirlər danışdığı üçün hansısa bir irad bildirmirlər? Ən azından çıxıb Zatulinin bu məsuliyyətsiz davranışının Dumanın və ya Rusiyanın mövqeyi ilə paralellik daşımadığını bəyan etməlidirlər.
Rusiya Dövlət Duması bununla bağlı mütləq münasibət bildirməlidir. Zatulinin yalanlarının sükutla müşayiət olunması Dumanı da pis vəziyyətdə qoyur. Erməni puluna danışan Zatulinə görə Rusiya Dövlət Duması özünün imicinə zərbə vurmamalıdır”.