Dünya karatesinin canlı əfsanəsi Rafael Ağayev ölkə xaricindən aldığı çoxsaylı təkliflər arasında seçim edib.
Demokrat.az Offsideplus.az-a istinadən xəbər verir ki, 6 qat dünya, 11 qat Avropa çempionu, Tokio Olimpiadasının gümüş medalçısı Monteneqroya yollanır.
Belə ki, "Qara brilyant" ləqəbli həmvətənimiz bu ölkənin Bar şəhərində 2 günlük seminar keçəcək.
Martın 8-9-da baş tutacaq seminarda U-12, U-14, kadetlər, gənclər və böyüklər iştirak edə bilərlər. Canlı əfsanənin təlimlərinə qatılmaq istəyən məşqçilər 50, idmançılar isə 75 avro xərcləməlidirlər.
Onu da qeyd edək ki, sabah, martın 4-də 40 yaşını tamamlayacaq R.Ağayev tez-tez xarici ölkələrdə seminarlar keçir, bilik və təcrübəsini digər karateçilərlə bölüşür.