"Cənab Prezident İlham Əliyevin bu gün keçirdiyi görüş Azərbaycan futbol tarixində çox böyük əhəmiyyət daşıyır. Hər hansı klubun rəhbərinin şəxsən qəbul edilməsi mənim xatirimdə deyil. Prezidentin "Barselona" klubunun prezidenti Xuan Laportayla görüşməsi miqyasına görə çox böyük görüşdür".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.
""Barselona" futbol klubu dünya futbol tarixinə damğasını vuran, ən böyük ulduzlara öz formasını geyindirən, onları yetişdirən, dünyaya tanıdan klubdur. Klubun akademiyası olan La Masia haqqında saatlarla danışmaq olar. Akademiyada Xavi, İniesta, Messi kimi ulduzlar yetişib və yetişməyə davam edir. Belə bir klub rəhbərinin Azərbaycana gəlişi və dövlət başçısı səviyyəsində qəbul edilməsi inanılmaz hadisədir. İlham Əliyevlə görüşüb. "Barselona" futbol akademiyası Azərbaycanda qurularsa, futbol tariximizdə fantastik addım olar. La Masia sisteminin Azərbaycanda qurulması futbolçularımızın dünya səviyyəsində yetişməsində rol oynayacaq. Bundan sonra Azərbaycan futbolunun böyük uğurlara imza atacağına inana bilərik. İşin bu səviyyədə aparılması futbol azərkeşlərini sevindirən hadisədir. İşlərin məntiqi sona çatdırılması ilə Azərbaycan futbolunu zirvədə görə biləcəyik".
Əfsanə Kamal
Demokrat.az