"Ermənistan hökuməti Qərbi azərbaycanlıların geri qayıdış məsələləri ilə bağlı addımlar atmalıdır"

GÜNDƏM 25 fevral 2025, 22:46
"Nəinki Arorat Mirzoyan, bütünlükdə Ermənistan hökuməti öz ata-baba yurdlarından çıxarılan Qərbi azərbaycanlıların geri qayıdış məsələləri ilə bağlı addımlar atmalıdır. Biz isə tam əksini görürük".

Bu sözləri Demokrat.az-a açıqlamasında bu  Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - sözçüsü Ülviyyə Zülfiqar deyib. 

"Arorat Mirzoyan BMT-də könüllü şəkildə Qarabağdan çıxarılan ermənilərlə bağlı məsələ qaldıraraq riyakarlığa imza atır. Ermənistan tərəfi Qərbi azərbaycanlıların qayıdış məsələsini yanlış təsvir etməkdən ək çəkməli, bununla bağlı ciddi addımlar atmalıdır. Fürsətdən istifadə edərək dünya birliyini də bu məsələ ilə bağlı Ermənistana təsir göstərməyə çağırırıq. Təkcə sonuncu deportasiyada 300 mindən çox vətəndaşımız ata-baba yurdlarından qovulub. Onların geri qayıdış hüququ təmin edilməlidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 10:39
Top