Saray yolunda bahalı avtomobillər toqquşdu — VİDEO

HADİSƏ 25 fevral 2025, 15:27

Abşeron rayonu Saray qəsəbəsində zəncirvari yol qəzası baş verib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Chevrolet Camaro” markalı avtomobilin manevr qaydalarını pozması qəzaya səbəb olub.

Ötmə əməliyyatı zamanı məsafə və sürəti düzgün seçməyən sürücü öndə gedən “Range Rover”ə çırpılıb. Həmin avtomobil də qarşıdakı “Mitsubishi L200” markalı maşını əzib.

Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.

Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Həmin videonu təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 14:54
Top