Sabunçuda qonşular arasında dava – Xəsarət alan var

HADİSƏ 26 fevral 2025, 13:06
Bakının Sabunçu rayonunda 2000-ci il təvəllüdlü Tapdıq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Vəliyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 10 sentyabr 2024-cü ildə baş verib. 

Tapdıq həmin gün saat 21 radələrində yaşadıqları fərdi evlərinin qarşısında qonşusu Vəlinin nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onu yerə yıxaraq qəsdən yumruqla bir neçə dəfə sinə və çənə nahiyələrindən, təpiklə isə qaş nahiyəsindən bir dəfə vurub. 

Hadisəni törədən Tapdığın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tapdıq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, Cəlilabad şəhərində qeydiyyatda olub və faktiki olaraq Sabunçu rayonunda yaşayır: 

“Zərərçəkmiş Vəli mənimlə qonşuluqda yaşayıb. Lakin aramızda yaxın münasibət olmayıb. Hadisə günü, saat 21 radələrində yaşadığım evin yaxınlığında Səlim ilə dayanmışdm. Bu zaman Vəli bizə yaxınlaşaraq Səlim ilə söyüş söyərək zarafat etdi. Bununla bağlı aramızda mübahisə yarandı. 

Mən müdaxilə edərək mübahisə edən şəxsləri sakitləşdirdim. Vəli təkrar söyüş söydüyü üçün həmin söyüşün mənim  ünvanıma işlədiyini düşündüm. Bununla bağlı Vəli ilə aramızda mübahisə yarandı. Mən mübahisə zamanı Vəlini yerə yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirdim. Aramızda baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etdi. Törətdiyim əməldən səmimi peşmanam”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tapdığın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top