Evində yanan şəxs xəstəxanada vəfat etdi

KRİMİNAL 26 fevral 2025, 10:33
Bakıda fərdi yaşayış evində yanğın olub.

Demokrat.az-ın məlumatına əsasən, hadisə ötən gün Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsi 15 ünvanında yerləşən fərdi evdə baş verib.

Yanğın zamanı həmin evdə yaşayan əqli qüsurlu Ə.Əlməmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həmin şəxs müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top