Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinin naviqasiya mərkəzini vurub

DÜNYA 24 fevral 2025, 20:25
Rusiya Silahlı Qüvvələrinin bölmələri Odessa vilayətində Ukrayna Hərbi Dəniz Qüvvələrinin (UNF) infrastrukturuna hücum edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb. 

Mənbənin məlumatına görə, Burlaça Balka bölgəsinə endirilən zərbə nəticəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin naviqasiya mərkəzi zədələnib, təmir bazalarına da ziyan dəyib, peyk rabitə sistemləri ilə təchiz edilmiş iki yük maşını sıradan çıxarılıb.

Hücum zamanı Ukrayna Dövlət Sərhəd Xidmətinin azı 5 hərbçisi və Ukrayna Hərbi Dəniz Qüvvələrinin texniki mütəxəssisləri həlak olub. Düşmən canlı qüvvəsinə əlavə ziyan dəyib, lakin itkilərin dəqiq sayı göstərilmir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top