Krımda antiterror təlimləri keçiriləcək

DÜNYA 24 fevral 2025, 19:20
Krımın Yalta yaxınlığında yerləşən  Krasnokamenka kəndində antiterror təlimi tədbirləri keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Yanina Pavlenko öz "Telegram" kanalında məlumat verib. 

Administrasiya rəhbəri bildirib ki,  Krasnokamenka kəndinin bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanacaq. 

Şəhər icra başçısı sakinləri sakit olmağa, dövlət rəsmilərinin tələblərinə əməl etməyə və rəsmi mənbələrin məlumatlarından istifadə etməyə çağırıb. Baş verənləri foto və ya videoya çəkmək qəti qadağandır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top