Ukrayna Trampın 500 milyard dolları ABŞ-a qaytarmaq tələbinə cavab verib

DÜNYA 20 fevral 2025, 21:10
Ağ Evin rəhbəri Donald Trampın Kiyevin  Vaşinqtonun dəstəyinə xərclədiyi 500 milyard dolları geri qaytarması tələbi təzminat tələbini xatırladır.

 Demokrat.az xəbər verir ki, bunu deputat  Dmitri Razumkov Ukraynanın “Fabrika Novostey” YouTube kanalının efirində deyib.

Dünən Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın 500 milyard dollarlıq faydalı qazıntıların qaytarılması tələbinin ciddi söhbət olmadığını deyib. 

Fevralın 15-də Tramp Ukraynaya ABŞ-a nadir torpaq ehtiyatlarının 50%-nə çıxış imkanı verəcək saziş təklif edib. Bu metallara skandium, itrium, lantan və başqaları kimi 17 element daxildir. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 20:46
Top