ABŞ-da kişi eyni rəqəmlərdən istifadə edərək milyoner olub

DÜNYA 20 fevral 2025, 20:44
 ABŞ -da bir kişi dörd il ərzində eyni rəqəmləri oynayaraq 1,3 milyon dollar qazanıb.

Demokrat.az xəbər verir ki, anonim qalmaq istəyən şəxs  1,3 milyon dollarlıq Lotto 47 cekpotunun şanslı qalibi olub. 

54 yaşlı qalib dörd ildir ki, nömrə kombinasiyası ilə məşğul olduğunu bildirib.

Şanslı qalib öz uduşunu almaq üçün artıq lotereyanın mərkəzinə baş çəkib. O, tam annuitet ödənişləri əvəzinə təxminən 901.000 dollarlıq birdəfəlik ödəniş seçib. Kişi uduşunu borclarını ödəmək və ailəvi tətilə çıxmaq üçün istifadə etməyi planlaşdırır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 20:46
Top