“Zelenskini diktator adlandırmaq yanlış və təhlükəlidir” — Almaniya kansleri

DÜNYA 19 fevral 2025, 23:56
“Zelenskini diktator adlandırmaq yanlış və təhlükəlidir”.

Demokrat.az bildirir ki, bu barədə Almaniya kansleri Şolts bildirib.

O, Trampın Ukrayna prezidentini tənqid edən və seçkilərin keçirilməsinə çağıran paylaşımını belə şərh edib.

Şolts qeyd edib ki, Ukraynada hərbi əməliyyatların getdiyi bir vaxtda seçkilər Konstitusiyaya və qanunvericiliyə uyğun keçirilə bilməz.

Eyni zamanda Trampın milli təhlükəsizlik üzrə müşaviri Vals bildirib ki, ABŞ prezidenti Zelenskinin artan ritorikasına dözmək fikrində deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top