“Azərbaycanin ali təhsil müəssisələri ilə müxtəlif ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq mövcuddur”.
Bu sözləri Demokrat.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib.
O qeyd edib ki, bu əməkdaşlıq münasibətləri yeni-yeni qurulur və inkişaf edir:
“Qabaqcıl təcrübə mübadiləsi həyata keçirilir. Burada da əməkdaşlıq deyəndə təkcə Azərbaycan təhsil müəssisəsinin digər ali təhsil müəssisəsindən təcrübənin mənimsənilməsindən söhbət getmir. Burada qarşılıqlı təcrübə və tələbə mübadiləsi var. Həmçinin universitetlər arasında elmi əməkdaşlıq mübadiləsi var. Bu baxımdan Azərbaycan universitetləri ilə bizim çox yaxşı iqtidadi, siyasi, elmi, mədəni, həmçinin əməkdaşlıq münasibətimiz də olan Ukrayna dövləti arasında da bu münasibətin qurulub inkişaf etdirilməsi də çox vacibdir”.
Ekspert onu da qeyd edib ki, Ukrayna özü də Azərbaycan kimi dənizə çıxışı olan ölkədir:
“Bu istiqamətdə Ukrayna universitetlərinin də çox yaxşı təcrübələri mövcuddur.
Hesab edirəm ki, bu münasibətlər eyni zamanda birgə tədbirlər, konfranslar, tələbə-müəllim mübadiləsi, ikili diplom məsələlərinin müzakirə olunması və bu işlərin qurulması təbii ki, hər iki dövlətin ali təhsil müəssisələri üçün faydalıdır. Bu cür əməkdaşlığı davam etdirmək çox önəmlidir. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki ölkədə elmin inkişafına töhfə verə bilər”.
Leyla Turan
Demokrat.az