Ermənistan mediası Bakı və İrəvan arasında Zəngəzur dəhlizinin açılması barədə yekun razılıq olduğunu yazıb. İddia edilir ki, Ermənistan Baş naziri Nikol Paşinyan pərdəarxasında dəhlizin “maneəsiz keçid” prinsipi ilə açılmasına razılaşıb. Artıq bu istiqamətdə işlər aparıldığı qeyd edilir.
Ermənistan Zəngəzur dəhlizinin Bakının şərtləri ilə açılmasına razılaşıb?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni artıq ertələyə bilmir:
“Çünki burada təhlükəsizliyin təmin olunması ən vacib şərtlərdən birinə çevrilib. Ermənistan tərəfinin əsas iddia etdiyi məsələlərdən birincisi məhz dəmir yolu xətti formasında həyata keçirməsidir. Amma Azərbaycanın əsas iddiası, əsas sistemi ondan ibarətdir ki, yalnız dəhliz statusu almış formada həyata keçirilsin. Təbii ki, burada əgər dəmir yolu xətti açılmasından söhbət gedərsə, bu Sovetlər dönəmində də həmin ərazidən, Arazdəyən Ordubad və Azərbaycan qərb rayonlarını birləşdirən ərazidən keçməklə dəmir yolu xətti fəaliyyət göstərib. Amma bizim üçün əsas önəmli olan məsələ burada dəhliz statusu verilməsi və həmin ərazidən Azərbaycanın həm yükləri, həm insanların maneəsiz keçidinə şərait yaradılmasıdır. O baxımdan hesab edirəm ki, indiki halda əsas tələbimizin həyata keçilməsi üçün birinci olacaq şərt məhz ora status verilməsi və bunu razılaşdırmasıdır”.
Politoloq onu da qeyd edib ki, bu pərdəarxası aparılan danışıqların mətbuata çıxan hissəsindən belə aydın olur ki, haradasa müəyyən mənada razılaşdırılıb:
“Hər halda gedişatı gözləməliyik. Rusiya hərbçilərinin Ermənistanla sərhəddən çıxarılması da bir işarədir. Eyni zamanda bizim əsas tələbimizin burada dəhlizin açılması ilə bərabər azərbaycanlıların o əraziyə qayıtması məsələsidir. Bu baxımdan düşünürəm ki, yaxın zamanlarda bununla bağlı bir irəliləyişin olacağı gözlənilir. Həm də Azərbaycan Prezidenti sonuncu müsahibəsində verdiyi açıqlama zamanı belə bir ifadə işlətdi ki, Zəngəzur dəhlizi açıqlacaq və açılmalıdır. Yəni bu deməkdir ki, diplomatik masada, hansısa formada bunun razılaşdırılmış detalları ortaya qoyulubdur. Qısa zaman ərzində hesab edirəm ki, burada yekun nəticə əldə etmək mümkündür. O baxımdan da, yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı iddialar təmin oluna bilər. Yəni, hər halda erməni mətbuatı bunu yazıbsa, demək ki, onların əlinə keçən məlumatlar var. Amma bu təbii ki, bir iddia da ola bilər. Bu dəhlizin açılması təkcə, Ermənistan və Azərbaycan arasındakı münasibətlərə deyil, eyni zamanda beynəlxalq iqtisadiyyat və nəqliyyat, kommunikasiya məsələsinə də ciddi təsir edəcək hadisə kimi yadda qala bilər”.
Leyla Turan
Demokrat.az