"Neftçi"nin maliyyə direktoru vəzifəsindən ayrıldı

İDMAN 18 fevral 2025, 15:18
"Neftçi" futbol klubunun maliyyə direktoru Namiq Əlizadə vəzifəsindən ayrılıb.

HİT.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Mütəxəssis klubla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Əlizadə bildirib ki, "Neftçi" çox böyük klubdur: "Əminəm ki, bir gün layiqli yerini bərpa edəcək".

Qeyd edək ki, o, bu vəzifəyə 2023-ci ildə təyin olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top