“Bu gün babam öldü, amma səhnəyə çıxdım” — VİDEO

ŞOU-BİZNES 17 fevral 2025, 12:00

"İctimai TV"də yayımlanan "Səs Azərbaycan" müsabiqəsində kövrək anlar yaşanıb.

Demokrat.az xəbər verir ki, iştirakçı Nofəl Aslanov babasının ölümünə baxmayaraq, səhnəyə çıxıb.

"Bu sabah məni böyüdən babam vəfat etdi. Səhərə qədər məsciddə olmuşam. Buna baxmayaraq, indi səhnədə mahnı oxudum", - deyə o bildirib.

Qeyd edək ki, Nofəl "Ay gecikən məhəbbətim" mahnısı ilə yarışıb. Müsabiqə zamanı Xalq artisti Zülfiyyə Xanbabayevanı seçib.

Qeyd edək ki, N. Aslanov ikinci dəfədir "Səs Azərbaycan"da iştirak edir.

Həmin görüntüləri təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top