Əməkdar jurnalist VƏFAT ETDİ

MEDİA 15 fevral 2025, 12:41
Əməkdar jurnalist, fəlsəfə üzrə fəlsəfə doktoru Yasin Qaraməmmədli vəfat edib.

Demokrat.az-ın məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmçış siyasi icmalçı, alim Yasin Qaraməmmədli 1938-ci il dekabrın 1-də Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonundakı Muğanlı kəndində anadan olub.

O, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib, 20 ildən artıq bir müddət ərzində burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışıb.

Yasin Qaraməmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli 2419 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top