Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlandı

HƏRBİ 15 fevral 2025, 11:39
Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

"Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimi zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 fevral 2025, 10:29
Top