Almaniya Trampın Putinlə söhbətini Avropanın alçaldılması adlandırıb

DÜNYA 13 fevral 2025, 20:15
Almaniya müdafiə komitəsinin sədri Mari-Agnes Strack-Zimmermann Donald Trampla Vladimir Putinin söhbətini Avropa üçün alçaldıcılıq adlandırıb.

Demokrat.az
xəbər verir ki, onun sözlərini N-TV yayımlayıb.

Onun sözlərinə görə, iki lider arasında söhbətdə qəbahət yoxdur, lakin Avropa kimi Ukrayna da Trampın Putinlə əlaqə qurmaq planlarından xəbərdar olmayıb. O, hesab edir ki, ABŞ prezidenti Ukrayna ilə bağlı avropalıların iştirakı olmadan danışıqlar aparmaq istəyir.

Fevralın 12-də Donald Tramp və Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər. Bu, Respublikaçıların ikinci müddətində iki dövlət başçısı arasında ilk rəsmi dialoqdur. Telefon danışığı 1,5 saat davam edib.

Prezidentlər razılaşıblar ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır. Putin qeyd edib ki, böhranın uzunmüddətli həllinə danışıqlar yolu ilə nail olmaq olar.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top