Həkim səhvinə görə qolları və ayaqlarından oldu

DÜNYA 13 fevral 2025, 10:24
ABŞ-da həkim səhvi nəticəsində bir kişinin qolları və ayaqları amputasiya edilib. 

Demokrat.az-ın xarici mediaya istinadən məlumatına görə, Çad Qerlo böyrək daşlarını çıxarmaq üçün əməliyyat olunub və qolu və ayaqları olmadan xəstəxanadan buraxılıb.

Əməliyyatın uğurlu keçdiyi iddia edilir, lakin sonradan məlum olub ki, kişi infeksiyaya yoluxub - xəstənin təzyiqi qalxıb, orqanları sıradan çıxmağa başlayıb.

Qerloya təyin olunan güclü antibiotiklərdən onun həm qolları, həm də ayaqları qaralıb. Nəticədə o, amputasiya olunub. Xəstə xidmətin düzgün göstərilməməsinə görə tibb müəssisəsini məhkəməyə verib. //Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top