Emil Əhmədov vəzifəsindən azad edildi — Aybəniz İsmayılovanın kadrı olub

GÜNDƏM 13 fevral 2025, 20:35
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.
 
ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.
 
Samir Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.
 
Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
 
2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.
 
Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.
 
Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib./Trend
 
Qeyd: E.Əhmədovun “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmayılovanın kadrı olduğu bildirilir.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top