Heyvanlara qarşı dəhşətli zorakılığı kimlər ediblər? — Tükürpərdən görüntülər

HADİSƏ 26 iyun 2025, 00:51
Dili dibindən kəsilən pişik, yoğun bağırsağına boru yeridilən it.

Son günlər sosial şəbəkələrdə heyvanlara qarşı amansız rəftarla bağlı paylaşımlar edilir.

Psixoloq Aygül Məlikovanın sözlərinə görə, insanların canlılara zərər verməkdən zövq almaları antisosial şəxsiyyət pozuntusudur:

"Onlar yalnız canlılara yox, eyni zamanda insanlara qarşı da bu cür davranışlar sərgiləyirlər. Belə davranan insanların empatiya duyğusu olmur. Onlar uşaqlıqdan heyvanlara zərər verməyə başlayırlar. Həmçinin evdə xalçaları yandırır, pərdələri kəsirlər".

Mütəxəssis sözügedən şəxslərin mütləq psixiatrla birlikdə dərman müalicəsinə başlamalı olduqlarını, həm də psixoloji seanslara qoşulmağın vacibliyini vurğulayıb.

Məlumat üçün bildirək ki, yoğun bağırsağına boru keçirilən itin əməliyyatını IDEA Heyvanlara Qayğı Mərkəzinin baytar həkimi öz öhdəsinə götürüb və heyvanın vəziyyəti hazırda stabildir.

Qeyd edək ki, heyvanlarla rəhmsiz rəftarla bağlı polis əməkdaşları da araşdırma aparırlar. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

Ətraflı Baku TV-nin süjetində:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top