Tayvanda ticarət mərkəzində partlayış — Ölənlər var (FOTOLAR)

DÜNYA 13 fevral 2025, 12:04

Tayvanın Tayçunq şəhərində yerləşən “Shin Kong Mitsukoshi” ticarət mərkəzində güclü partlayış olub.

Demokrat.az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

İlkin məlumata görə, partlayış ticarət mərkəzinin 12-ci mərtəbəsində yerləşən restoranda qaz sızması nəticəsində baş verib.

Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

 



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top