Pentaqon rəhbəri: Tramp Rusiya-Ukrayna müharibəsi kontekstində uğurlu danışıqlar aparır

DÜNYA 13 fevral 2025, 22:53
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi kontekstində uğurlu danışıqlar aparır.

“Report” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışarkən deyib.

Trampın danışıqlar aparmaq bacarığından danışan Heqset vurğulayıb ki, ABŞ Prezidenti gözlənilməz həll yolları tapmağı bacarır: “Bir çoxlarının illərlə dama oynadığı yerdə o, şahmat oynayır”.

Heqset Ukrayna üzrə danışıqların mümkün nəticələrindən danışarkən əlavə edib ki, kimsə istədiyini almayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 20:58
Top