YapiKredi Müraciət Forması
İdman Özəl

Süni intellekt proqnoz verdi: Türkiyə çempionu kim olacaq?

Süni intellekt proqnoz verdi: Türkiyə çempionu kim olacaq?

Türkiyə Super Liqasında "Qalatasaray"ın "Fənərbağça" üzərində qələbəsindən sonra çempionluq ehtimalları ilə bağlı süni intellekt proqnozları yenilənib. Hesablamalara əsasən, "sarı-qırmızılar"ın mövsümü çempion kimi başa vurmaq şansı xeyli artıb.

Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, derbidən əvvəl "Qalatasaray"ın çempionluq ehtimalı 57,1 faiz olduğu halda, qələbədən sonra bu göstərici 69,2 faizə yüksəlib. Süni intellekt İstanbul təmsilçisinin mövsümü 83 xalla başa vuracağını proqnozlaşdırıb.

Derbidə məğlub olan "Fənərbağça"nın çempionluq şansı isə 25,4 faizdən 12,3 faizə düşüb. Komandanın mövsümün sonunda 74 xal toplayacağı ehtimal edilir.

Digər klubların göstəricilərində də dəyişiklik qeydə alınıb. "Beşiktaş"ın çempionluq ehtimalı 10,2 faiz səviyyəsində qalıb, "Trabzonspor"un şansı isə 7,1 faizdən 8,2 faizə yüksəlib.

Bu arada, "Qalatasaray" qış transfer pəncərəsi üçün heyətini gücləndirmək planlarını davam etdirir. İstanbul klubunun hücumun sol cinahını möhkəmləndirmək məqsədilə Almaniyanın "Köln" komandasında çıxış edən Said El Mala ilə maraqlandığı bildirilir.

Türkiyə mətbuatının məlumatına görə, "sarı-qırmızılar" 20 yaşlı futbolçunun çıxışını yaxından izləyir və yaxın günlərdə onun meneceri ilə əlaqə saxlamağı planlaşdırır.

El Mala cari mövsümdə "Köln"un heyətində 8 oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Gənc futbolçunun klubla müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

Məlumata görə, "Qalatasaray" qış transfer dövründə oyunçunu heyətinə qatmaq üçün cəhd göstərə bilər. Bununla belə, tərəflər arasında danışıqların başlanması və transferin reallaşması ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Jalə