“Bolt”dan daha bir şikayət — Müştərini yarı yolda atıb...

GÜNDƏM 13 fevral 2025, 21:58

“Bolt” sürücüsü iki ünvana ard-arda taksi sifariş verdiyi üçün müştərini yarı yolda qoyaraq, ünvana sürməkdən imtina edib.

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən bildirib.

“Sürücü taksiya minən kimi 2 ünvan qeyd etdiyimi gördü və çox kobud şəkildə etiraz etdi. Dedi ki, ay xanım, 2 ünvan nədir? Mən də bildirdim ki, burada 2-3 ünvan qeyd etmək mümkündürsə, yəni o funksiya varsa, edə bilərəm, haqqımdır. Sürücü “Bolt”u söydü sonra da maşını saxladı və dedi ki, sizi aparmıram”, - o bildirib.

Şirkətdən Pravda.az-a verilən açılamada qeyd olunub ki, müştəri şikayətini tətbiq vasitəsilə bildirməlidir: “Əsas budur. Belə halda tədbirlər görülür. Əlbəttə ki, sürücü tərəfindən bu cür davranış qəbuledilməzdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top