Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının pley-off mərəhləsində “Real” səfərdə “Mançester Siti”ni 2:3 hesabı ilə məğlub edib.
Məhsuldar keçən qarşılaşmada açılan pankart müzakirlələrə səbəb olub.
Belə ki, yerli azarkeşlər ötən mövsüm “Qızıl Topu” qazanan Rodri üçün pankart açaraq, “Ballon D`or” mərasimində iştirak etməyən “Real”a söz vurub.
“Ağlamağı dayandırın”, - deyə pankartda qeyd olunub.
Sözügedən hadisəyə “Real”ın ulduzu Vinisius Junior belə cavab verib: “Azarkeşlərin belə etməsi məni meydanda çıxış etməyə həvəsləndirir. Əla matç keçirdim”.
Sözügedən oyunda Vinisius matçın ən yaxşı oyunçusu seçilib.
Vinisius ötən ilki nüfuzlu “Qızıl top” mükafatına əsas namizəd olsa da, “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qalib seçilib. Vinisius isə ikinci yeri tutub.
Bu səbəbdən “Real”ın heç bir üzvü “Qızıl top” mərasiminə qatılmayıb. (Sportinfo.az)