Azərbaycanda bu dərmanlar Səhiyyə Nazirliyi tərəfindən qadağan olunmalıdır! — ÇAĞIRIŞ

SOSİAL 12 fevral 2025, 18:09
Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağa olunub. Səbəbi isə onunla əsaslandırırlar ki, "Nimesil"in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

Həkim-terapevt Etibar Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir dərmanın icazə verilməsi, istehsalı böyük laboratoriyalar və sınaqlardan keçir:

“Bütün bunlardan sonra həmin dərmanın tətbiqinə icazə verilir. Eləcə də apteklərdə satışa icazə verilməsi üçün yenə də laborator müayinələrdən keçirilir. İnsan həyatına zərəri olub-olmamaq barədə yoxlanmalardan sonra satışa icazə verilə bilər.  

İndiki dönəmdə əlimizdə heç bir dəqiq laborator müayinələrin nəticələri olmadan, hansısa bir internet məlumatına görə bir şey demək düzgün deyil. Onun üçün ancaq rəsmi yoxlanmalardan keçirilməlidir, araşdırmalar aparılmalıdır. Dərmanın əgər həqiqətən də insan həyatına zərər göstərən tərəfləri varsa, Səhiyyə Nazirliyi tərəfindən qadağan olunmalıdır. Əldə nəticələr olmadan bir şey demək olmaz”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top