![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2022/12/24/1/4bf89c17-c696-4f74-ba9e-698547b0f47a/zelenski.jpg)
2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalı başlayanda prezident Zelenskiyə qarşı sui-qəsdlər olub.
Demokrat.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “The Guardian”a müshibəsində deyib.
“Onlar (ruslar) bu dəfə nə ilə gəldilər? Onlar Kiyevi mühasirəyə aldılar və ölkəmizin 50%-ni işğal etdilər. Ultimatum verdilər. Bizə ultimatum vermək istəyirdilər ki, milli maraqlarımıza tamamilə xəyanət edək. Yəni bütün bu sözlər: denazifikasiya, demilitarizasiya, ordumuz olmasın, onların rusiyapərəstləri dövləti idarə etsinlər, çox şeylər olsun, biz əraziləri onlara verib imtina edək. Rus dili rəsmi olsun” -deyə prezident vurğulayıb.
Zelenski bu cür tələbləri “Minsk razılaşmaları”nın daha radikal formatı adlandırıb.
“Mən dedim ki, bu, ola bilməz, çünki bu, insanların hüquqlarının, Konstitusiyanın pozulmasıdır, tam vətənə xəyanətdir. Biz Putinin ultimatumuna əməl etməyəcəyik. Hər kəs bura müxtəlif elçilər göndərdi. Çox adam gəlib deyirdi ki, sabah bizi işğal edəcəklər, qaçmalıyıq və s. Bir çox rəhbərlər mənə zəng edib dedilər ki, getməliyik”-deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, müxtəlif tərəfdən təzyiqlər olub: “Öldürmək istəyənlər oldu, atəş açıldı və s. Bəzi adamlar bizim ofisin içində öldülər. Müdafiə edən başqa adamlar da var idi. Eyni zamanda, müxtəlif insanlardan ultimatumlar və çağırışlar olub”, – Ukrayna dövlətinin başçısı bildirib.
Ukrayna Silahlı Qüvvələri rus qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa başladıqdan sonra, Zelenskinin sözlərinə görə, Moskva ultimatumlarını yumşaldıb.