![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/12/1/d41a4f11-e85c-4ac4-8bd2-6d1895ecb8f7/resize-1.jpg)
“PashaPay” MMC cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozub.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında (ƏL/TMM) qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən, “PashaPay” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib. Başqa sözlə, nöqsanların aradan qaldırılması üçün göstəriş verilib.
Qeyd edək ki, bundan əvvəl “PashaPay” ötən ilin noyabr ayında da pozuntulara yol vermişdi.
Mərkəzi Bank fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı ödəniş təşkilatına məcburi göstəriş vermişdi.
Qeyd edək ki, “PashaPay” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 2022-ci ilə kimi “Komtec Ltd” MMC olaraq fəaliyyət göstərib. 2022-ci ildə satıldıqdan sonra isə rebrendinq edib. Onun nizamnamə kapitalı qanuni 40 mln. manat, qanuni təmsilçisi isə Samir Sabir oğlu Məmmədovdur. “PashaPay” MMC-yə hazırda m10 elektron pulqabısı və Milliön terminalları daxildir.