Verilişdə kabab yeyən, amma “efirdə yemək yeməyəcəyəm” deyən Ağamirzə: “Ağlım gəlib başıma, peşman olmuşam...”

ŞOU-BİZNES 10 fevral 2025, 09:02
Tanınmış meyxana ustadı Ağamirzə Məmmədovun “Xəzər TV”də yayımlanan “Qonaqcanlı” verilişində dediyi  “Efirdə heç vaxt yemək yeməyəcəyəm” fikirləri tənqidlə qarşılanıb. Onun 3 il öncə eyni kanalda, eyni aparıcının təqdimatında yayımlanan “Bağ havası” verilişində kabab çəkib, qonaqlıq verdiyi kadrlar gündəmə gətirilib. Meyxanaçının efirdə reklam xatirinə bu cür çıxışlar etdiyi bildirilir.

Ağamirzə Məmmədov Pravda.az açıqlamasında haqqında səslənən tənqidlərlə bağlı deyib ki, əməlindən peşmandır.

“İndi ağlım gəlib başıma, peşman olmuşam. Belə şey etmək olmaz. Bilməmişəm, eləmişəm, səhv etmişəm. Öyrənmək heç vaxt gec deyil. Efirlərdə yemək yemək olmaz. Bunu özüm üçün deyirəm, başqası üçün yox. Efirlərdə ayaqlarını bir-birinin üstünə qoymaq da olmaz. Ayıbdır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
Top