![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/9/1/7de70372-040a-46b7-8daa-470098b8b3cc/1739101799_5278423182702930006.jpg)
Türkiyənin Elazığ bölgəsində “Vanspor”un komanda avtobusu daşlı hücuma məruz qalıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə “Elazığspor”un 2:1 hesablı qələbəsi ilə başa çatan “Elazığspor”-“Vanspor” matçından sonra baş verib.
Hadisə zamanı avtobusda olan 3 nəfər yaralanıb.
Hücumla bağlı Elazığ valisi Numan Hatipoğlu açıqlama verib:
“Meydanda baş verənlər meydanda qalmalı, idmanın birləşdirici və qardaşlığı gücləndirən ruhundan yayınmamalıdır. Ancaq təəssüf ki, “Vanspor”un şəhərimizdən ayrılması zamanı heç istəmədiyimiz daşqalaq hadisəsi baş verdi”.